Azadsöz.az xəbər verir ki, Ağdaşda silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camışın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.