Azadsöz.az xəbər verir ki, Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib.