28 Noyabr 2024 17:40

Sabir bağına qızılgül kolu əkildi-FOTOLAR

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonun  müxtəlif yerlərində  yaşıllıq zolaqlarının salınması və  müxtəlif  növ  dekorativ güllərin əkilməsi   işləri  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 28 noyabr tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən Sabir  bağına qızılgül kolunun əkilməsi işlərinə başlanıb.

İlkin olaraq əkilməsi nəzərdə tutulan ərazinin torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, sözügedən əraziyə 360 ədəd  qızılgül kolu əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə və  dekorativ güllərin əkilməsinin  məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Qeyd  edək ki, növbəti günlərdə də aksiya  davam etdiriləcəkdir.

 








 


 

Ankara escort İstanbul Travesti Shemale İstanbul