Azadsöz.az xəbər verir ki, Göyçay rayon Mirzə Ələkbər Sabir adına Mərkəzləşdirilmiş Kitabxananın direktoru Nərmin Xəlilovanın rəhbərliyi ilə kitabxananın qarşısında “Açıq Kitab” sərgisi keçirilib. Sərgidə klassik və müasir yazarların dünya və uşaq ədəbiyyatına aid kitabları nümayiş olunub.
Sərgidə həmçinin “Göyçay” və “Mədəniyyət” qəzeti ziyarətçilərin ixtiyarına verilib.Sərginin məqsədi gənclərin kitabxanaya cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və insanlar arasında mütaliənin təbliğ olunması olub.
Keçirilən sərgi hər kəsin böyük marağına səbəb olub.Oxucular maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.