Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
Qeyd edək ki, bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.