Azadsöz.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilib.
Bununla bağlı, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, işdən çıxarılan M.Quliyev sərəncama götürülüb.
Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.