08 Sentyabr 2024 03:53

“Şöhrət” ordenli Teymur Göyçayevin bu gün doğum günüdür-FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu  gün “Şöhrət” ordenli, xalq artisti və  dirijor  Teymur Göyçayevin doğum günüdür.Teymur Ənvər oğlu Göyçayev 1958-ci ilin 11 avqustunda anadan olub.

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini 1981-ci ildə fərqlənmə diplomu ilə bitirib, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləyib, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

O, 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını alıb. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

 

Prezidentin təltif etdiyi Teymur Göyçayev kimdir? - Foto

YARAT HƏFTƏSONU DANIŞIQLAR: TEYMUR GÖYÇAYEV - YARAT

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib