02 May 2024 00:14

Fərqliliyimiz Uğurumuzdur

Tokio-2020-nin bağlanış mərasimi keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.Yaponiya Milli Stadionunda koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunan tədbirdə əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib.

Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Bağlanış mərasimində bayraqdarımız Olimpiadanın gümüş medalçısı Hacı Əliyev olub.

Qeyd edək ki, Azərbaycan 44 idmançı ilə qatıldığı Tokio-2020-də 3 gümüş, 4 bürünc medal qazanıb.

 

 

PAGE TOP