Azadsöz.az xəbər verir ki, bu gün Göyçay rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, icra aparatının məsul işçiləri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad edərək, Bayraq Muzeyində olublar.
Daha sora rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində açıq hava şəraitində davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə aparatın əməkdaşlarını təbrik edərək bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-ü Azərbaycan Respublikasında Dövlət Quluqçularının Peşə bayramı günü kimi qeyd edilir. Məlumdur ki, ölkəmizdə, müstəqil Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasında, inkişafında, Ulu Öndərin, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu Öndər məktəbinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev qeyd edir ki, “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür və dövlət qulluğunda olmaq insanlara xidmət etmək imkanı deməkdir. Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir. İnsanlara xidmət imkanıdır”.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov və aparatın gənc əməkdaşı Tofiq Əzizov qeyd etdilər ki, bu gün Azərbaycanda müasir və demoktraktik idarəetmə modeli, səmərəli və şəffaf dövlət qulluğu mexanizmi fəaliyyət göstərir. Dövlət qulluğu anlayışı “Cəmiyyətə xalqa qulluq” mənasını ifadə edir. Vətəndaş dövlət xidmətlərinin istehlakçısı, onun məmnunluq səviyyəsi isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas meyar hesab olunur.
Tədbirin sonunda dövlət qulluqçularına peşə bayramı günü münasibətilə hədiyyələr təqdim edilib.