18 May 2024 21:31

“Yuventus”un oyuncusu Ronaldo Pirlo ilə vidalaşdı-FOTO

Azadsöz.az  xəbər  verir  ki, “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ötən gün istefaya göndərilən baş məşqçi Andrea Pirlo ilə vidalaşıb. 36 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, 41 yaşlı mütəxəssislə birgə fotosunu paylaşıb və yazıb:

“Təşəkkür edirəm, maestro. Sizin baş məşqçiliyiniz altında oynamaq şərəfli idi”.

Qeyd edək ki, Pirlo Turin təmsilçisini cəmi 1 mövsüm çalışdırıb. Komanda onun baş məşqçiliyi ilə İtaliya kubokunu və Superkubokunu qazanıb.