27 İyul 2024 07:51

Bu gecədən Bakının bu yolları daraldılır-Sürücülərə XƏBƏRDARLIQ (FOTO)

Azadsöz.az  xəbər  verir  ki, iyunun 4-6-da Bakıda keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

“Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik”, – deyə məlumatda bildirilir.

 

Bakının bəzi yolları daraldılır -Sürücülərə XƏBƏRDARLIQ