27 İyul 2024 06:33

Həftəsonları avtobus və metro işləməyəcək

Azadsöz.az  xəbər   verir  ki, Azərbaycanda iyunun 28-dək həftəsonları ictimai nəqliyyat və metro işləməyəcək.

Bu barədə Nazirlər Kabineti  qərar  verib.

Qərarda  qeyd  edilir  ki,  2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.