Azadsöz.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan 1993-cü il təvəllüdlü hərbi qulluqçumuz baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu Tərtər rayonunun Kəngərli kəndində dəfn edilib.
M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.