02 May 2024 07:32

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanda əməkdar artist vəfat etdi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, əməkdar artist Qorxmaz Ağababaoğlu Qurbanov vəfat edib.Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək  ki, qocaman rəqqas ötən gün həyatını itirib. 

Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət “Ləzginka” rəqs ansamblında da uğurla çalışıb.
Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında “Yallı-Zorxana”, “Bulaq başında”, “Şəki”, “Çobanlar”, “Bənövşə”, “Ceyran”, “Qarabağ maralı”, “Nazeləmə”, “Lənkəran” rəqslərində, “Azərbaycan” “Qələbə”, “Xalqlar dostluğu”, “Bayram”, “Neftçilər” suitalarında solist kimi çıxış edib.

O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO/VİDEO | KONKRET