27 İyul 2024 05:01

Baş nazir Əli Əsədov Rusiyada rəsmi səfərdədir

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib. Azərbaycanın Baş naziri Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.