27 İyul 2024 04:25

Çörək sexində nöqsanlar aşkarlandı-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin  əməkdaşları tərəfindən Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.