03 May 2024 11:28

Fərqliliyimiz Uğurumuzdur

“Formula 1” üçün Bakıya gələnlər bu şərtə əməl etməlidirlər

Azadsöz.az  xəbər  verir  ki, Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün ölkəyə gələn komanda üzvləri dərhal koronavirus testindən keçiriləcək.

Bu barədə   yarışın təşkilatçısı olan “Bakı Şəhər Halqası”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf deyib.

O bildirib ki, iştirakçılar Azərbaycana gəldikdən sonra da testdən keçiriləcək: “Ümumiyyətlə, burada qaldıqları müddətdən asılı olaraq, onlardan hər beş gündən bir test götürüləcək. Həmçinin bizim şirkətin pilotlar və komanda üzvləri ilə təmasda olan əməkdaşları, marşallar, media nümayəndələri də testdən keçiriləcək. Testlərin maliyyə qarşılığı “Formula 1” və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən qarşılanacaq”.

Qeyd edək ki, Azərbaycanda “Formula 1” yarışı 4-6 iyun tarixlərində keçiriləcək. Yarış tamaşaçısız keçiriləcək.