Azadsöz.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev qızıl medala sahib olub.
Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan güləşçimiz ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.