Azadsöz.az xəbər verir ki, Göyçayda intihar hadisəsi baş verib.Hadisə Bığır kəndində qeydə alınıb.Bu gün səhər saat 6:00 radələrində kənd sakini, 1970-ci il təvəllüdlü Zeynalov Aqil Sırac oğlu yaşadığı evin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.
Üç uşaq atası Aqil Zeynalovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.