Azadsöz.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi Göyçayda da rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib.Təşkil olunan ağacəkmə aksiyasında rayon rəhbəri, idarə, müəssisə, təşkilatların nümayəndələri və rayon ziyalıları iştirak ediblər.
300 ədədə yaxın nar, akasiya, söyüd, göyrüc ağacları aksiya iştirakçıları tərəfindən Göyçay-Qaraməryəm avtomobil yolunun kənarlarına əkilib.
Qeyd edək ki, təşkil olunan aksiya sosial izolyasiya qaydalarına uyğun olaraq həyata keçirilib.