06 May 2024 08:28

Fərqliliyimiz Uğurumuzdur

“Space” TV-nin yeni rəhbəri istefa verib

Azadsöz.az  xəbər  verir  ki,  “Space” teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa  verib.Ü.Mikayılova “Space” TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. “Space” TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Xatırladaq  ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.