23 Noyabr 2024 19:23

Göyçayda “Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” mövzusunda videokonfrans keçirilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu  gün Göyçay  rayon İcra  Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar “Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadə, RİH-nin müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Videokonfransda  Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, bu gün Ümummili Liderimizin 98-ci ildönümü ərəfəsində təşkil olunmuş bu videokonfrans mövzusu Heydər Əliyev və Azərbaycan Dövlətçiliyidir. Heydər Əliyev sözün əsl mənasında bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr etdi. Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü. 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar, ordu quruculuğu prosesi icra edilməyə başlandı. 

Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdi. Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdi. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.

Daha  sonra  rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova videokonfransda çıxış edərək  diqqətə  çatdırıb  ki, Azərbaycan tarixində silinməz izlər qoymuş Heydər Əliyevi artıq torpaqları işğaldan azad olunmuş bütöv bir Azərbaycan olaraq xatırlayır və ehtiramla yad edirik. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olarkən hələ müstəqilliyimizin çətin yollarında qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd olduğundan bu zərif həmdə çox güclü zümrənin dövlətçilik və müstəqilliyimizin böyük dayağı olacağına inanırdı. Bu inamın qarşılıqlı təzahürü idi ki, qadınlarımız YAP-ın sıralarına həvəslə gəlirdilər. Bu sarsılmaz inamla qadınlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər.

Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırdı, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq prinsipial, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi Qələbə qazandı. 

 

Bir 3 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

 

Bir 4 kişi, televizyon, ekran ve iç mekan görseli olabilir

 

Bir 1 kişi ve ekran görseli olabilir

Bir 3 kişi, televizyon ve ekran görseli olabilir

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul