Azadsöz.az xəbər verir ki, Azərbaycanlı ictimai fəal Bayram Məmmədovun Türkiyədə meyiti tapılıb. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Belə ki, dostları son 2 gün ərzində Bayramla əlaqə saxlaya, ondan məlumat ala bilməyiblər. Dünən isə İstanbul polisi dənizdən Bayram Məmmədovun cəsədinin tapıldığını bildirib.Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “Nida”çı gənc Bayram Məmmədov 2016-cı ildə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə Əfv sərəncamı ilə azadlığa buraxılmışdı.