Azadsöz.az xəbər verir ki, “Tik-Tok” sosial şəbəkəsində “ramin yeraz” kimi qeydiyyatdan keçən, Bakının Nizami rayon sakini Ramin İsmayılov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.
Qeyd edək ki, Ramin İsmayılov “Tik-Tok” sosial şəbəkəsində “ramin yeraz kimi qeydiyyatdan keçib, canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan çoxsaylı şikayətlər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olub.