27 İyul 2024 07:16

Namiq Qaraçuxurlu şəhidlərdən halallıq istədi – VİDEO

Azadsöz.az  xəbər  verir  ki, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yenidən fəaliyyətini bərpa edəcək. Bu haqda meyxanaçı özü videomüraciət edərək bildirib.

O, şəhid ailələrindən sənətə başlamaq üçün icazə istəyib:

“Uzun zamandır bütün işlərimi dondurmuşdum. Gəldim Şəhidlər Xiyabanına, onların ruhu ilə söhbətləşdim, dərtləşdim. Onlardan halallıq istədim. Buradan şəhid ailələrinə, millətimizə müraciət edirəm: izin verirsinizsə, mən də toparlanmaq istəyirım. Allah millətimizə səbr versin, gücümüz tükənməz olsun”, – deyə meyxanaçı bildirib.