20 May 2024 05:40

Paşinyan istefa verdi

Azadsöz.az  xəbər  verir  ki, Ermənistan Baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verməsi  barədə  xəbəri  Feysbuk səhifəsindəki canlı yayımda bildirib.

Nikol Paşinyan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən namizəd olacağını da deyib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır. Nikol Paşinyan isə müvəqqəti hökumət başçısı vəzifəsində vəzifələrini yerinə yetirməyə davam edəcək.