23 Noyabr 2024 16:41

Şair,dramaturq Məmməd Rahimin bu gün doğum günüdür

Azadsöz.az  xəbər  verir  ki, bu  gün  Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprel ayının 20-də Bakıda anadan olmuşdur. İbtidai təhsilə Bakıdakı 5-ci rus- tatar məktəbində başlamış, sonra təhsilini 23saylı məktəbdə davam etdirmişdir. 1928-ci ildə Azərbaycan Pedaqoji İnistitutunun şərqşunaslıq fakultəsinə daxil olmuş, institutu bitirdikdən sonra bir neçə il Bakının orta məktəblərində müəllimlik etmişdir.

Şair yazmağa hələ orta məktəbdə oxuduğu illərdə başlanmışdır. Şairin “Gördüm” adlı ilk şeiri 1926-ci ildə “Gənc işçi” qəzetində,sonra  isə, Gənc qızıl qələmlər” adlı məcmuədə dərs olunmuşdur. 1930 – cu ildə, Arzular”adlı ilk şeirlər kitabı, 1937-ci ildə “İkinci kitab”,”Partizanın tüfəngi”, “Nübar”, “İldırımın kitabı”, 1942 – ci ildə “Vətən sevgisi”, 1943-ci ildə “Şəhərin nəğməsi”, 1946 ci ildə”Ölməz qəhrəman”, 1948 –ci ildə “Xəzər sahillərində”əsərləri , 1549- cu ildə, Leninqrad göylərində”, 1954- ci ildə “İşıq”,”İki qardaş”, “Ögey ana”və.s.poemaları,1955-ci ildə “Sevgi”, “Balaca bağbanlar”, 1957-ci ildə “Məhəbbətin baharı”kitabları çap olunmuşdur.

Şairin 1955-ci 1957-ci illərdə iki cildlik “Seçilmiş əsərləri”Azərnəşr tərəfindən nəşr edilmişdir.

60 -70-ci illəri M.Rahimin yaradıcılığında daha məhsuldar dövr adlandırmaq olar.Həmin illərdə bir neçə poema, yüzlərlə şeir yazmış, 10-dan çox kitabını:”Şeirlər və poemalar”, “Arzular gül açanda”, “Tonqal başında”, “Dayağım”Məhəbbət dastanı və. s. çap etdirmişdir. Görkəmli şairin bir çox əsərləri başqa xalqların dillərinə tərcümə olunmuşdur.” Leninqrad göylərində” poeması şairə ümumittifaq şöhrəti qazandırmışdır. 1948 – ci ildə çap olunmuş poema Azərbaycan ədəbiyyatında xüsusi yer tutan əsərlərdəndir. Poemada olduqca mənalı bir motiv vardır, o da vətən yolunda həlak olanların ölməzliyidir. Onun”Moskva”,”Satqınlara cavab”şeirləri bilavasitə sülh uğrunda mübarizəyə, müharibə qızışdıranların ifşasına həsr edilmişdir.Satira və yumor M.Rahim yaradıcılığında aparıcı xətt olmasa da, hər halda özünəməxsus yer tutur.

Şair 1940 ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına, 1948-ci ildə”Leninqrad göylərində”poemasında görə Stalin mükafatına layiq görülmüş, 1950 – ci ildə “Lenin”, 1957 – ci ildə Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunmuşdur. 1964 –ci ildə Azərbaycanın “Xalq şairi”fəxri adını almışdır . 1967 –ci ildə ikinci dəfə “Lenin”, 1977-ci ildə “Oktyabr inqilabı” ordenləri ilə mükafatlandırılmışdır.

Məmməd Rahim 1977 – ci il may ayının 6-da Bakı şəhərində vəfat etmişdir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul