23 İyun 2024 08:28

Bu gün Şövkət Məmmədovanın doğum günüdür

Azadsöz.az  xəbər  verir ki, bu gün Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədovanın doğum günüdür. Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə kasıb bir ailədə anadan olub.

Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi.

Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkar Üzeyir Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil oldu.

1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-1929-cu illərdə olmuşdur). 1917-1921-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir.

Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktor olmuşdur) açılmış və not nəşriyyatı təsis edilmişdir. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərb. opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.

Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

Şövkət Məmmədova 1981 ci iyunun 8 də Bakıda vəfat etmişdir.