23 Noyabr 2024 19:04

“Azərsu” yeni layihənin icrasına başladı-FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Azadsöz.az-a  verilən məlumata görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Qəsəbənin yalnız bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib. Tikinti normalarına cavab verməyən həmin xətlər istismara yararsız vəziyyətdədir. İndiyədək Aşağı Güzdək qəsəbəsinə meliorasiya kanalından suvarma məqsədilə su verilib və sakinlər təsərrüfatda həmin sudan istifadə edib. 

Qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb. Daxili imkanlar hesabına icra edilən layihənin birinci mərhələsində müxtəlif diametrli borularla 8 km içməli su şəbəkəsi inşa ediləcək. Bu mərhələ çərçivəsində 500 fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq. Növbəti mərhələlərdə qəsəbənin digər hissələrndə yeni içməli su şəbəkəsi yaradılacaq. Ümumilikdə layihə çərçivəsində 25 km içməli  su şəbəkəsi yaradılacaq və 1400 ev su ilə təmin olunacaq. 

Layihəyə əsasən Aşağı Güzdək qəsəbəsi içməli su ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına təmin olunacaq. Bu məqsədlə qəsəbənin yaxınlığından keçən magistral xətdən birləşmə verilərək 160 mm diametrli borularla 500 metr uzunluğunda magistral su xətti çəkiləcək. Bununla da qəsəbədəki fərdi xətlər ləğv olunacaq, eyni zamanda meliorasiya kanalından suyun verilişi dayandırılacaq. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Abşeron rayonu ilə yanaşı, Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

"Azərsu" yeni layihəyə start verib- FOTOLAR

"Azərsu" yeni layihəyə start verib- FOTOLAR

"Azərsu" yeni layihəyə start verib- FOTOLAR

"Azərsu" yeni layihəyə start verib- FOTOLAR

Ankara escort İstanbul Travesti Shemale İstanbul