16 Sentyabr 2024 23:01

Şəkidə təmir olunan maşın yanaraq kül oldu

Azadsöz.az xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 60 m² olan 9 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun içərisində təmirə dayanan “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavan 15 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.