Azadsöz.az xəbər verir ki, Mingeçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Bölməsinə müdir təyin olunub.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Fəridə Məmmədova Bölməyə müdir vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Fəridə Məmmədova uzun müddət Yevlax Mərkəzi Xəstəxanasında çalışıb.