16 Sentyabr 2024 22:50

Cəlilabadda 8 otaqlı ev yandı

Azadsoz.az xəbər verir ki, rayonun  Həziabad kəndində 8 otaqlı evdə yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəlilabad Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 196 m² (hər mərtəbəsi 98 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.