Azadsöz.az xəbər verir ki, şəhərin mərkəzində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 108 m² olan 2 otaqlı mənzilin 2 otağının tavanı, dam örtüyünün taxta atmaları 35 m² sahədə və ev əşyaları qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.