20 Sentyabr 2024 04:53

Sabir bağında dekorativ güllər və ağaclar suvarıldı-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 11 iyul 2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən M.Ə. Sabir  bağında suvarılma işi aparılıb.

Qeyd  olunan  küçələrdən keçən   arxdan pompa vasitəsilə su götürülərək   əkilmiş  ağaclar  və əkilən müxtəlif  növ dekorativ güllər suvarılıb və aqrotexniki qulluq olunub.

Qeyd  edək ki, Şəhər Təsərrüfatı Birliyi  tərəfindən  əkilən  dekorativ  güllərə  və  ağaclara  yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com