20 Sentyabr 2024 01:51

Göyçayda əməliyyat keçirildi-SAXLANILANLAR VAR: FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, polis əməkdaşlarının Göyçay rayonunda həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əyyub Mahmudov, qardaşı Vüsal və qohumları Rəşad Həbibov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Verilən məlumata görə, onlardan 2 kiloqram marixuana, 2 kiloqram tiryək və 200 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan “Əli” adlı İran vətəndaşından aldıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com