Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Pakistana ikigünlük səfərə gedəcək.
Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanın 1 nömrəli heyəti İslamabada gediblər.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”