23 Oktyabr 2024 15:00

Masallıda 7 ton ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, Masallı rayonunun Qədirli kəndində ot bağlaması  yanıb.

Yanğının söndürülməsi üçün əraziyə  FHN-nin Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 112 m² olan talvarın yanar konstruksiyaları 70 m² sahədə və altına yığılan 13 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!