Azadsöz.az xəbər verir ki, gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.
Bu barədə Fövqəladə hallar nazirliyi məlumat yayıb.
Ərazidə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.