22 Oktyabr 2024 17:41

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Azadsöz.az xəbər verir ki, Bakıda intensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.

161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.

Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə “Koroğlu” stansiyasının “piramida” çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.

“Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib”, deyə agentlik bəyan edib.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!