Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
Oktyabrın 17-dən başlanan ağacəkmə aksiyası bu gündə davam etdirilib.Ağacəkmə aksiyası zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinin keçən hissəsində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən təmizlik işləri aparılıb.
Əkilməsi nəzərdə tutulan ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra 20 ədəd akasiya, 50 ədəd qarağac və 160 ədəd şam ağacı əkilərək, suvarılıb. Bu gün rayonun müəyyən olunmuş ərazilərinə ümumilikdə 1367 ədəd müxtəlif növ ağac əkilib. Görülən işlər çərçivəsində yeni əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.
Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov