23 Noyabr 2024 19:36

Kimdi günahkar Çinar ağacı, yoxsa rayonun bəzi məsuliyyətsiz vətəndaşları?-FOTO

Göyçay rayonunun  təmizliyinə  xələl  gətirən  bəzi  məsuliyyətsiz  vətəndaşlarla  bağlı  dəfələrlə  media resurları,  sosial  şəbəkələr vasitəsilə  maarifləndirici  videorolik və yazılar  dərc olundu. Buna baxmayaraq  yenə də  bəzi  məsuliyyətsiz  sakinlərimiz  çirkin işlərindən  əl  çəkmirlər.Maarifləndirici xəbərlərdən bir az   başları  gicələnsə də, özlərinə  gəlib  yenə  rayonu  zibilləməyə  başlayırlar. Elə bil  pislik,  xəbislik  canlarına  hopub. Vallahi bu qədər təbliğatı  daşlara  aparsaydıq  utandığından daşlar ikiyə bölünərdi.

Yenidən   növbəti   vətəndaş  laqeyidsizliyi  ilə  üz-üzə  gəlmişik. Biz  göstərəcəyik bəlkə  bunu edənlər  utanarlar.Amma, inanmıram utansınlar.Çünki, utanmaq və  nəticə  çıxarmaq bu cür  vətəndaşlara yaddır.

Belə ki, növbəti   vətəndaş hörmətsizliyi  rayonun M.Ə.Rəsulzadə küçəsində  yerləşən  M.Muradov adına 4 saylı tam orta məktəbin qarşısında yaşanıb.Bəzi  sakinlər  içdikləri   suların  plastik   butulkasını zibil  qutularına atmaq  əvəzinə məktəbin yanındakı  qurumuş  çinar  ağacının  içinə qoyublar.

Yəqin elə biliblər  ağacın içi  zibil  qabıdı.Yazıq  ağacda bilmir özünü gizlətsin yoxsa  içki butulkalarını.Bəlkə də  vətəndaşlar  günahsızdır.Ola bilər günahkar yad planetdən gələn vətəndaşlardır.Yəqin  bilməyiblər ki, qurumuş  ağacın içi  zibil  qabı  deyil. Yəqin mənim kimi sizdə  bu sualın cavabını  düşünürsünüz. Sual  asan cavabı maraqlı.

Mən bu  cür  vətəndaş  məsuliyyətsizliyinə  belə  fikir  bildirərdim.Hörmətli   rayonun  təmizliyinə  mane  olan   sakinlərimiz və  qonaqlarımız  bilin ki,  park  ərazisinə bununla  yanaşı  rayonda  müəyyən olunmuş  yerlərə  qoyulan təmizlik qabları və  konteynerlər  bəzəyə  yox məişət  tullantılarının  yığılması üçün qoyulub.Bunu  başa  düşməmək  ən  azından  cahillikdir.

 

Azadsöz.az


Səbuhi  Eltonlu

Ankara escort İstanbul Travesti Shemale İstanbul