Azadsoz.az xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Göyçay rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qeyd edək ki, Asif Eminov Göyçay Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında sürücü vəzifəsində çalışırmış.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Gülşən Muradova