23 Oktyabr 2024 15:00

Bərdədə ev yandı

Azadsöz.az xəbər verir ki, Bərdə şəhərində  5 otaqlı  evdə yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə  FHN-nin  Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin lambirdən ibarət tavanı 6 m² sahədə, 1 ədəd məişət avadanlığı və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!