20 Sentyabr 2024 02:31

Xaçmazda ev yandı

Azadsöz.az xəbər verir ki, Xaçmaz rayonunun İstisu qəsəbəsində yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Xaçmaz  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, rayonunun İstisu qəsəbəsində bir dam altında tikilən birmərtəbəli kommunal tipli beş ailənin yaşadığı evlərdən ümumi sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, taxta konstruksiyadan ibarət dam örtüyünün yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com