Azadsöz.az xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəlilabad Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Belə ki, ümumi sahəsi 225 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.