20 Sentyabr 2024 04:43

Zərdabda tövlə yandı

Azadsöz.az xəbər verir ki, Zərdab rayonunun Əlibəyli kəndində  tövlədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zərdab  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 75 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com