23 Noyabr 2024 18:16

Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi – Yenilənib

“Azadsöz.az” Report-a istinadən xəbər verir ki, VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.

Buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı partiyadakı mənbə də təsdiqləyib.

Qeyd edək ki, Siyavuş Novruzov II, III, IV, V və VI çağırış, Sevinc Hüseynova isə IV, V və VI çağırış deputatı olub.

***

Azadsöz.az xəbər verir ki, Siyavuş Novruzov Modern.az-a açıqlamasında xəbəri təkzib edib:

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul