20 Sentyabr 2024 06:30

Göyçayda bu ərazilərə növbəti dəfə dekorativ güllər əkildi-FOTOLAR

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 13-14  iyun  tarixlərində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay  rayonunun Natəvan küçəsində  yerləşən  yol dairələrinə və  Heydər  Əliyev  prospektinə növbəti  dəfə dekorativ  güllər əkilib.

İlkin olaraq, güllərin əkilməsi  üçün nəzərdə  tutulmuş ərazilərdə  çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, sözügedən ərazilərə 160 ədəd xrizontema və 50 ədəd paqades dekorativ  güllər əkilib.

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com