Azadsöz.az xəbər verir ki, dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun təmizliyi ilə bağlı çağırışlar etməyimizə baxmayaraq yenə də bəzi məsuliyyətsiz sakinlərimiz çirkin işlərindən əl çəkmirlər ki, çəkmirlər.Sanki rayonu məişət tullantıları ilə çirkləndirməkdən zövq alırlar.Bəlkə də etdikləri bu hərəkətlər onlar üçün bir hobbidir.Amma unutmasınlar ki, rayon üçün qınaq hədəfidirlər.
Belə ki, növbəti vətəndaş laqeyidsizliyi rayonun Əli Kərim Parkında yaşanıb.Parkda asudə vaxtlarını səmərəli keçirən vətəndaşlarımızın bəziləri içdikləri enerji içkilərinin qablarını park ərazisinə qoyulan zibil qutularına atmaq əvəzinə yerə atmaqla yanaşı, səkilərin kənarlarına qoyaraq parkda xoşagəlməz mənzərə yaradıblar.
Hörmətli rayonun təmizliyinə mane olan sakinlərimiz bilin ki, park ərazisinə bununla yanaşı rayonda müəyyən olunmuş yerlərə qoyulan təmizlik qabları və konteynerlər bəzəyə yox məişət tullantılarının yığılması üçün qoyulub.Bunu başa düşməmək ən azından cahillikdir.
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov