Azadsöz.az xəbər verir ki, 14 iyun 2024-cü il tarixdə ölkəmizin hər yerində olduğu kimi Göyçay rayonunun və kəndlərin ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Qeyd edək ki, bu gün Göyçay rayonunun ümumtəhsil məktəbləri üzrə 2651 şagird məzun olub.1669 şagird 9-cu sinifi və 982 şagird isə 11-ci sinifi bitirir.
Səbuhi Eltonlu